EN

Bu gün Türkiyənin oyunu var

Türkiyə yığması UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün növbəti oyununu keçirəcək.

"Cebheinfo.az" xəbər verir ki, B Liqasının 4-cü qrupunda mübarizə aparan kollektiv 5-ci turun matçında Uelsi qəbul edəcək.

Kayseri Böyükşəhər Bələdiyyəsi Kadir Has Stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Vinçentso Montellanın rəhbərlik etdiyi “ay-ulduzlular” ciddi itkilərlə meydana çıxacaq. Belə ki, cəzalı olan Kənan Yıldız bu matçda oynamayacaq. 

Çağlar Söyüncü və Ferdi Kadıoğlu isə zədə səbəbindən komandalarına kömək edə bilməyəcəklər.

Bu yığmalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb.

"Cebheinfo.az"

Chosen
10
3
cebheinfo.az

4Sources