Bu gün Türkiyənin oyunu var
Türkiyə yığması UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Demokrat.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda mübarizə aparan kollektiv 5-ci turun matçında Uelsi qəbul edəcək.
Kayseri Böyükşəhər Bələdiyyəsi Kadir Has Stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Vinçentso Montellanın rəhbərlik etdiyi “ay-ulduzlular” ciddi itkilərlə meydana çıxacaq. Belə ki, cəzalı olan Kənan Yıldız bu matçda oynamayacaq.
Çağlar Söyüncü və Ferdi Kadıoğlu isə zədə səbəbindən komandalarına kömək edə bilməyəcəklər.