EN

Koreya və ABŞ prezidentləri Peruda görüşüblər

Koreya Respublikasının Prezidenti Yun Sok-Yol Peruda keçirilən APEC sammiti çərçivəsində ABŞ prezidenti Co Bayden ilə görüşüb.

“İki sahil”in "Yonhap"a istinadən verdiyi məlumatına görə, Koreyanın milli təhlükəsizlik üzrə müşavirin birinci müavini Kim Tae-hyo jurnalistlərə bildirib ki, 10 dəqiqə davam edən görüşdə Yun Baydenə Cənubi Koreya-ABŞ münasibətlərini gücləndirdiyinə görə təşəkkür edib, Yaponiya ilə ittifaq və üçtərəfli əməkdaşlığa töhfə verdiyini söyləyib. Yun bildirib ki, vəzifəsinin birinci yarısında fəxr etdiyi diplomatik və təhlükəsizlik nailiyyətlərinin əksəriyyətini prezident Baydenlə birlikdə əldə edib.

Bayden isə birlikdə əldə etdikləri böyük nailiyyətlərdən qürur duyduğunu söyləyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
58
ikisahil.az

1Sources