EN

"Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsi fəaliyyətə çağırışdır - Muxtar Babayev

Bakı. Trend:

Beynəlxalq Telekommunikasiya İttifaqı və COP29 sədrliyitərəfindən irəli sürülən “Yaşıl Rəqəmsal Fəaliyyət” bəyannaməsifəaliyyətə çağırışdır.

Trend xəbər verir ki, bunuCOP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlərnaziri Muxtar Babayev “Yaşıl Rəqəmsal Fəaliyyət” mövzusundakeçirilən yüksək səviyyəli dəyirmi masa zamanı bildirib.

“Beynəlxalq Telekommunikasiya İttifaqı və COP29 sədrliyitərəfindən irəli sürülən “Yaşıl Rəqəmsal Fəaliyyət” bəyannaməsifəaliyyətə çağırışdır. Bu sənəd iqlim dəyişikliyi ilə mübarizədərəqəmsal texnologiyalardan istifadə etməklə onların dayanıqlı vəaşağı karbonlu olmasını təmin etmək üçün kollektiv öhdəliyimizi əksetdirir.

Bu, əməkdaşlıq məsələsidir. Hökumətlər, biznes, vətəndaşcəmiyyəti və beynəlxalq təşkilatlar birgə çalışaraq, iqlimdəyişikliyinə qarşı mübarizəyə töhfə verən rəqəmsal həlləri tətbiqetməlidir”, – deyə o bildirilib.

Qeyd olunub ki, bu platforma iqlim dəyişikliyinə uyğunlaşma,emissiyaların azaldılması və dayanıqlılığın artırılması üçünrəqəmsal texnologiyaların necə sürətləndirici rol oynaya biləcəyinimüzakirə etmək üçün unikal bir imkan yaradacaq.

“Eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarısektorunun qarşılaşdığı ekoloji çağırışlar nəzərdən keçiriləcək.Davamlı rəqəmsal infrastrukturun yaradılması, inklüzivliyin təminedilməsi və rəqəmsal uçurumun aradan qaldırılması üçün ehtiyaclarmüzakirə olunacaq ki, heç kim kənarda qalmasın.

“Yaşıl Rəqəmsal Fəaliyyət” bəyannaməsi inklüzivliyinəhəmiyyətini vurğulayır. Biz rəqəmsal həllərin ən həssas icmalara,xüsusilə az inkişaf etmiş ölkələrə və kiçik ada inkişaf edəndövlətlərinə çatmasını təmin etməliyik. Bu, hər kəs üçün ədalətlivə davamlı iqlim nəticələrinə nail olmaq üçün vacibdir”, – deyə ovurğulanıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
75
2
az.trend.az

3Sources