Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu ispaniyalı müdafiəçi Serxio Ramosa məxsus rekordu (131 qələbə) yeniləyib.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı ulduz bunu UEFA Millətlər Liqasında Polşa ilə oyunda iki qol vurmaqla gerçəkləşdirib.
Bu, yoldaşlıq matçları da daxil olmaqla Ronaldunun yığma karyerasında 132-ci qələbəsi olub.
Qeyd edək ki, A Liqasının birinci qrupunda baş tutan Portuqaliya - Polşa matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Hazırda Portuqaliya millisi A qrupunda 13 xalla birincidir.