EN

Yeni Zelandiya parlamentindəki qalmaqallı Haka rəqsi haqqında İLGİNC faktlar

Yeni Zelandiyada deputatların parlament iclasını pozaraq, maori xalqının ənənəvi haka rəqsini təqdim etməsi bütün dünyada maraqla qarşılanıb. Belə ki, Te Pati Maori partiyasının deputatları 1840-cı ildə britaniyalılar və maori başçıları arasında imzalanan Vaitangi Müqaviləsinin dəyişdirilməsi ilə bağlı qanun layihəsinə Haka rəqsi ilə etiraz ediblər.

Parlamentdəki Haka rəqsi bütün dünyanın marağına səbəb olub.

Bəs Haka rəqsinin anlamı nədir? Deputatlar niyə məhz bu rəqslə etirazını bildiriblər?
 
Haka Yeni Zelandiyanın yerli xalqı olan Maori mədəniyyətinə aid ənənəvi rəqs və ifa formasıdır. Haka, güclü ritmlə müşayiət olunan hərəkətlər və səsli ifadələrlə icra edilir. Əsasən kollektiv şəkildə təqdim olunan haka, müxtəlif məqsədlər üçün istifadə olunur, o cümlədən:

1.Döyüş çağırışı: Keçmişdə haka, qarşı tərəfi qorxutmaq və cəsarəti nümayiş etdirmək üçün döyüşdən əvvəl icra edilirdi.

2. Qonaqların qarşılanması: Bu rəqs, qonaqlara hörmət və qarşılanma ifadəsi olaraq da istifadə olunur.

3. Əlamətdar hadisələr: Toylar, dəfnlər və digər mərasimlərdə icra olunur.

Ən məşhur haka növlərindən biri "Ka Mate" adlanır və Yeni Zelandiyanın milli rəmzlərindən birinə çevrilib. Xüsusilə Yeni Zelandiyanın "All Blacks" milli reqbi komandası beynəlxalq oyunlar öncəsi haka ifa etməsi ilə tanınır, bu da onu daha geniş tanıdıb.

Haka, yalnız rəqsdən ibarət deyil; o, eyni zamanda dərin mənəvi, mədəni və sosial əhəmiyyət daşıyır, Maori xalqının mədəni irsinin qorunmasında mühüm rol oynayır.

Xalidə Gəray
Musavat.com

Chosen
46
1
musavat.com

2Sources