EN

Bu gündən Azərbaycanda POS-terminallarla bağlı nəzarət tədbirlərinə başlanılır

Bu gündən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vertgi Xidməti POS-terminallardan istifadə ilə bağlı nəzarət tədbirlərinə başlayacaq.

Pərakəndə ticarət obyektində POS-terminal quraşdırılması zəruridirmi?

FED.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının aradan qaldırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə qanunvericiliyin tələblərinə baxmayaraq, ümumiyyətlə, POS-terminal quraşdırılmadığı müəyyən edilib. Noyabrın 16-dan etibarən həmin vergi ödəyiciləri ilə də bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Chosen
34
24
fed.az

10Sources