EN

Rusiya-Ukrayna müharibəsi bitir- Putin-Şolts danışığı kimlərlə razılaşdırılmışdı  

 

Rəsmi Berlinin təşəbbüsü ilə Almaniya kansleri Olaf Şoltsun Rusiya prezidenti Vladimir Putinə zəng etməyi dünyanın gündəmindədir. Çünki bu, son iki ildə liderlərin ilk təmasıdır. Liderlər sonuncu dəfə 2022-ci ilin dekabr ayında telefonla danışıblar.

Musavat.com-un məlumatına görə “Bild” qəzeti yazır ki, Şoltsun Putinlə söhbətində məqsəd Rusiya liderinin Ukrayna ilə bağlı danışıqlara hazır olub-olmadığını anlamaq olub.

Almaniya mətbuatı isə yazır ki, kanslerin ofisi Vladimir Putinlə söhbətə həftələrlə hazırlaşıb. “Der Spiegel” jurnalının məlumatına görə, bütün hərəkətlər “ABŞ, Britaniya, Fransa hökumətləri və digər G7 tərəfdaşları ilə yaxından əlaqələndirildi”. Şolts və Putin arasında söhbətin yalnız ABŞ prezident seçkilərindən sonra, lakin kanslerin bazar günü gedəcəyi Braziliyada keçiriləcək G20 sammitindən əvvəl baş tutması razılaşdırılıb. Telefon danışığının əsas mövzusu Ukrayna olub. Liderlər daimi  əlaqədə olmağı razılaşdırıblar.

Qeyd edək ki, Almaniya hökumətinin başçısı Qərbin aparıcı dövlətlərinin liderləri arasında təxminən iki ildən sonra yenidən Putinlə birbaşa əlaqə saxlayan ilk şəxs oldu. Rusiya Federasiyası və Almaniya liderlərinin sonuncu təkbətək görüşü isə 2022-ci il fevralın 15-də Kremldə baş tutub.

Nigar HƏSƏNLİ,

Musavat.com

Chosen
40
50
musavat.com

10Sources