EN

Özbəkistanlı nazir: "İT-nin inkişaf etdirilməsi ilə bu sahədə biznesə töhfə vermək istəyirik"

Özbəkistan informasiya texnologiyalarının (İT) inkişaf etdirilməsi ilə bu sahədə biznesin inkişafına töhfə vermək istəyir.

"Report" xəbər verir ki, bunu Özbəkistanın rəqəmsal texnologiyalar naziri Şerzod Şermatov COP29 çərçivəsində təşkil olunmuş Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Yüksək Səviyyəli Dəyirmi Masada bildirib.

O vurğulayıb ki, ölkəsində dövlət xidmətlərinin 80 %-dən çoxu onlayn rejimdə göstərilir.

"Biz çalışırıq ki, ölkəmizi İT mərkəzinə çevirək, İT şirkətləri gəlib öz bizneslərini inkişaf etdirə bilsin. Özbəkistanda insanlar bir ofisdən digərinə qaçmağa məcbur deyil. Həmçinin süni intellektin imkanlarına artan tələbatı nəzərə alaraq səudiyyəli tərəfdaşlarımızla birlikdə tam karbonsuz məlumat mərkəzinin yaradılmasına təşəbbüs göstəririk", - deyə nazir qeyd edib.

Chosen
52
2
report.az

3Sources