EN

"Black Friday"da şirkətlə insanları belə aldadır

Bütün dünyada hər noyabr ayının sonuncu cümə günü "Black Friday" (Qara Cümə) adı altında mağazalarda endirimli satış kampaniyaları keçirilir. Bu ənənə Azərbaycanda da geniş şəkildə tətbiq olunur.

Həmin gün mağazalar 50%-dən 80%-ə qədər, bəzən isə hətta 90%-ə qədər endirimlər təklif etdikləri üçün müştərilər böyük bir həvəs və sıxlıqla mağazalara axın edirlər.

Ancaq sonradan məlum olur ki, endirim adı altında aldığımız əksər məhsulların əslində "Qara Cümə"də nəinki daha aşağı qiymətə satılmır, hətta bu məhsullar ötən illərin köhnə model və dəblərindən qalma modellərdir. Bəzən isə endirim adı ilə məhsulun qiymətini qaldırıb sonra sanki endirim edilib kimi satışa çıxarılır. 

Azərbaycanda "Black Friday" zamanı tətbiq edilən endirimlər nə qədər realdır?

Mövzu ilə bağlı Milli.Az-a aparıcı marketinq mütəxəssisi Azad Heydərov  açıqlama verib.

O bildirib ki, çox vaxt olur ki istehlak etdiyimiz məhsullarda endirim ilə qarşılaşdıqda (çox vaxt tanımadığımız brendlərdə) fikir formalaşır ki, ya məhsulda hər hansı bir problem var keyfiyyətli deyil, ya da vaxtına az qaldığı üçün endirimə qoyulub. Bazarda hər zaman diqqət mərkəzində olmaq üçün müəyyən kampaniyalar həyata keçirmək lazımdır ki, müştərilərin daima diqqət mərkəzində olasız. Hətta müştərilər sizdən alış-veriş etməsələr belə davamlı edilən kampaniyalar, endirimlər onlarda belə bir fikir yarada bilər ki, burada qənaət edə bilərəm və daha az xərcləyib daha çox məhsul əldə edə bilərəm."Black Friday" bu cür endirimlərin qlobal bir formasıdır və hazırda bütün dünyada təzahür edir.

"Ümumi olaraq baxanda "Black Friday"də müəyyən şirkətlər bəzi aldatma üsullarından istifadə edə bilərlər. Yəni, məhsulun öncə qiymətini qaldırıb sonra yüksək endirim faizi qoymaqla sanki endirim obrazın yaratmağa cəhd edirlər. Bu kimi hallarla mən özüm də rastlaşmışam.Şirkətlərin bu kimi addımlara əl atması brend nüfuzu baxımdan əslində yolverilməz addımdır. Çünki marka imicini zədələyir və hazırda sosial mediada aktiv şəkildə şikayətlərin paylaşıldığı vaxtda bu marka üçün çəkilən brend kimliyi xərclərinə zərər vurur. Necə ki hazırda bazarda aktiv fəaliyyət göstərən bir neçə məşhur şirkətlərə nəzər salsaq  kifayət qədər reklam xərcləri edilərək marka nüfüzu qaldırılır. Lakin müştəri əlaqələrində, iadə və məhsul keyfiyyətlərində çıxan problemlər müştərilərdə mənfi təəssürat yaradaraq çəkilən xərcləri bir baxımdan heç edir.

"Black Friday"də bəzən çox yaxşı endirim fürsətləri ilə qarşılaşmaq mümkündür. Çünki nə qədərdə bu cür yalançı etiket, şişirdilmiş faizli endirimlər, tükənməkdə olan məhsul kampaniyaları olsa da real endirimlər görə bilərik. Sadecə əsas məsələ odur ki, doğurdan siz həmin məhsulu olduğundan aşağı qiymətə sadəcə sözügedən gün ala bilirsiz. Black Friday çox gözlənilən bir qlobal endirim günləri olduğu üçün ola bilsin ki, siz həmin məhsulu bəlkə bir ay sonra daha ucuzunu da ala bilərsiniz. Necə ki, "Iphone" yeni markası ilk satışa çıxanda daha baha çıxır sonra vaxt keçdikcə qiyməti daha münasib olur həmçinin burda da vəziyyət belədir. Siz toplu endirimləri gördüyünüz üçün həvəslənərək gərəkdiyindən bəlkə də artıq bəzən doğurdan da ehtiyacınız olmayacaq məhsulları ala bilərsiz. Üzərindən bir müddət keçdikdə həmin məhsulu daha ucuz qiymətə də görə bilərsiniz". 

Marketoloq qeyd edib ki, saxta endirimlər və müştərilərin aldadılması ilə bağlı xarici bazarda cəza və cərimələr mövcuddur deyə bu cür addımlar çox böyük cərimələrə gətirə biləcəyindən qanuni nəticələrini nəzərə alaraq şirkətlər bu addıma getmiyə bilir, lakin bu mövzuda qanunların sərt olmadığı ölkələrdə edilməsi mümkündür. 

"Ümumi olaraq, baxdıqda öz bazarımızda endirimlərin düzgünlüyünü anlamağımız üçün məhsulu izləməyimiz gərəklidir ki, müqayisə edib endirimin mövcud olub olmamasını anlaya bilək. Çox güman ki, tanınan markalar öz imicini zədələməmək üçün doğru endirimlər tətbiq edəcəklər, lakin daha marka imicinə köklənməmiş brendlərdə saxta "Black Friday" ilə qarşılaşacaqsız.Çünki sahibkar daha çox günün üstünlüyündən yararlanıb öz mənfəətini artırmağa çalışacaqdır". 

Aysel Əkbər
Milli.Az

 

Chosen
61
41
milli.az

10Sources