EN

"Dayanıqlı İnnovasiyalar Çağırışı" Yaşıl Zonada panel müzakirə

COP29 çərçivəsində SOCAR-ın SABAH.HUB ilə birgə dəstəklədiyi "Dayanıqlı İnnovasiyalar Çağırışı" mpvzusunda panel müzakirəsi keçirilib. Müzakirə zamanı "Climate Tech" və "CleanTech" sahələrində inqilabi həlləri vurğulanıb. 

SABAH.HUB innovasiya mərkəzinin sədri Rahim Bayramlı, İdarə Heyətinin üzvü, SABAH.fund şirkətinin həmtəsisçisi Abbas Kazımi, İdarə Heyətinin üzvü Fərhad Paşayev çıxış ediblər.

SOCAR-ın prezidenti Rövşən Nəcəf gənclərə fəaliyyətlərində uğurlar arzulayıb.

Məlumat üçün bildirək ki, proqramda 10 startap iştirak edir: "StartupWiseGuys" və SABAH.HUB-un "Climate Tech" kohortundan 5 regional komanda və "CleanTech/Climate Tech" kateqoriyasında yarışan 5 qlobal startap. Hər bir komanda öz ideyalarını təqdim etmək üçün şərait yaradılıb. 

Daha sonra tədbirdə investorların qiymətləndirilməsi aparılıb, startaplara SABAH.fund və iştirak edən digər vençur kapitalı və "Angel Investors" müsabiqəsi vasitəsilə potensial investisiya almaq imkanı verilib.

Sonda SOCAR-in prezidenti Rövşən Nəcəf qalib seçilən komandaları təltif edib.

Orxan Vahidoğlu, "İki sahil"

Chosen
113
ikisahil.az

1Sources