EN

Məşhur müğənni 1 milyondan çox pul itirdi – FOTO

Türkiyənin məşhur müğənnisi Sərdar Ortaç 25 milyon lirə (1,225 milyon manat) itirib.

 

"Qeyri-qanuni mərc oyunlarının" istintaqı zamanı saxlanılaraq ev dustaqlığına buraxılan müğənni Sərdar Ortaçın konsertləri ləğv edilib.

 

Sfera.az xəbər verir ki, ev dustaqlığında olduğu üçün 18 konserti ləğv edilən Serdar Ortaçın  itkisinin 25 milyon lirə olduğu üzə çıxıb.

 

Xatırladaq ki, bu yaxınlarda İstanbulda keçirilən "qeyri-qanuni mərc" əməliyyatında aralarında Mehmet Ali Erbil və Serdar Ortaç kimi məşhur adların da olduğu tanınmış şəxslər saxlanılıb.

 

Ülkər Abdurahmanlı

 

Chosen
48
1
sfera.az

2Sources