EN

Saymon Stil: İqlim dəyişikliyindən əziyyət çəkən 8 milyard insanın səsinin boğulmasına imkan verə bilmərik

Planlar kağız üzərində söz olaraq qala bilməz.

APA xəbər verir ki, bunu COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının İcraçı katibi Saymon Stil deyib.

O bildirib ki, planlar real iqtisadiyyatda, yerlərdə konkret nəticələrə çevrilməlidir: “Hər bir ölkə fəaliyyətini gücləndirməlidir. Parlamentlər ilk öncə milli nümayəndə heyətlərini mümkün qədər iddialı olmağa təşviq etməlidir. Xüsusilə iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfi dünya ölkələri, xüsusən də iqlim dəyişiklikləri ilə ən çox mübarizə aparan ölkələr üçün əsas imkan yaradan qüvvə olacaq. Danışıqçıların arxasında parlament dəstəyinin olması tərəqqi və daha böyük ambisiyalar üçün güclü qüvvə ola bilər. Təsadüfi deyil ki, bütün dünyada parlamentlər büdcə səlahiyyətinə malikdir. Resurslar olmadan xalqın səsi özünü göstərə bilməz. Biz artıq iqlim dəyişikliyindən əziyyət çəkən 8 milyard insanın səsinin boğulmasına imkan verə bilmərik”.

Chosen
104
50
apa.az

10Sources