EN

"Qazprom" Avstriyaya qaz tədarükünü dayandırır

Avstriya mediasında "Qazprom"un sabahdan etibarən Avstriyaya təbii qaz tədarükünü dayandıracağına dair xəbərlər yayıldıqdan sonra baş nazir Nehammer sosial media platforması "X"də paylaşım edib.  

Nehammer sosial şəbəkə hesabında Vyana mərkəzli neft və qaz şirkəti "OMV"ə "Qazprom"un tədarükü dayandırma qərarına dair artıq məlumat verildiyini yazıb. O, bu vəziyyətin Ukraynada müharibə başladıqdan bəri gözlənilən bir hal olduğunu vurğulayıb.  

Baş nazir bu qış heç kimin "soyuqdan donmayacağını və heç bir ev təsərrüfatının isitmə problemi ilə üzləşməyəcəyini" ifadə edərək, "Tədarük üçün tədbirlər görülüb. Qaz anbarları doludur və sabahdan etibarən digər mənbələrdən kifayət qədər qaz tədarükü təmin ediləcək," deyə bildirib.  

Nehammer daha əvvəl qəbul edilən tədbirlərin artıq tətbiq ediləcəyini vurğulayıb və qaz ehtiyatlarının 93% səviyyəsində olduğunu, bunun bir illik tələbatı qarşılamaq üçün kifayət etdiyini əlavə edib.  

O, bütün təbii qaz təchizatçılarının bu vəziyyətə hazırlaşmaq üçün öhdəliklərini yerinə yetirdiyini qeyd edərək, "Beləliklə, Putinin bizə şantaj etməsinə imkan vermədiyimizi göstərmiş olacağıq," deyə əlavə edib.  

Ölkə mediasında Rusiyanın qaz tədarükünü dayandırmasının səbəbi kimi "OMV"nin "Qazprom"a qarşı qaldırdığı məhkəmə iddiası göstərilib.  

"OMV" tərəfindən verilən açıqlamada, "Qazprom Export"un Almaniyaya qeyri-müntəzəm qaz tədarükü səbəbindən Beynəlxalq Ticarət Palatası (ICC) qaydaları çərçivəsində 2022-ci ildəki maliyyə itkilərinə görə qaldırılan məhkəmə işində şirkətin haqlı görüldüyü və 230 milyon avro təzminat qazandığı bildirilib.  

Rəhim

Chosen
49
valyuta.az

1Sources