EN

Parlamentdəki rəqsləri dünya gündəmi oldu - Video

Yeni Zelandiyada deputatlar Haka xalqlarının tarixi ritualını rəqs edərək qanun layihəsinin əleyhinə çıxış ediblər.

“Qafqazinfo” “CNN” telekanalına istinadən xəbər verir ki, “Te Pati Maori” partiyasının nümayəndələrinin icra etdiyi rəqs səbəbindən parlamentin işi müvəqqəti dayanıb. 

Bildirilib ki, partiya nümayəndələri bununla 1840-cı ildə Britaniya müstəmləkəçiləri və Maori başçıları arasında imzalanan Vaytanti razılaşmasının yenidən baxılmasını nəzərdə tutan qanun layihəsinə etiraz ediblər. 

Bu razılaşma isə qeyd olunan iki tərəf arasında birgə idarəetmənin şərtlərini müəyyən edirdi. Zamanla məhkəmələrin və xüsusi tribunalın qərarları maorilərin hüquq və imtiyazlarını genişləndirməyə başlayıb. Yeni Zelandiyanın bir çox sakini isə bunu yerli olmayan vətəndaşlara qarşı ayrı-seçkilik kimi qəbul edib. 

Deputatların rəqsi sosial şəbəkələrdə və dünya mediasında maraqla qarşılanıb.

Həmin görüntüləri təqdim edirik:

Chosen
34
7
qafqazinfo.az

8Sources