EN

Goranboyda “Qışlaqda bir gün” adlı tədbir keçirildi - FOTOLAR

Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə rayonun Yeniyol kəndi ərazisində daimi qışlaq sahəsində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatında “Qışlaqda bir gün”  adlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri, bir qrup ictimai fəallar, kənd ictimaiyyətinin nümayəndələri, yerli fermerlər və kənd təsərrüfatının müxtəlif sahələri üzrə istehsalçılar iştirak ediblər. 

Tədbirdə, kənd təsərrüfatı sərgisi, milli kulinariya nümunələri, o cümlədən:  südün bişirilməsi və süd məhsulları, motal, pendir, qatıq, süzmə, şor, kəsmik, qaymaq, xama, çiyə, atlama, nəhrənin çalxalanması-yağın alınması, təndirin çörəyi, kətə və yuxanın bişirilməsi, çoban yeməkləri: qovurma, xaşıl,  südlü aş, əvəlik supu, yayma, kirkirə ilə un hazırlanması, müxtəlif növ dağ çiçəkləri, mürəbbələr və meyvə şirələri, arı yeşikləri və bal, yundan ip düzəldilməsi, cəhrə əyirmə və xalça toxunması, uşaq yürgəyi-nənni, dəmirçi, at nalının və at yəhərinin  hazırlanması, fermada saxlanılan heyvanlar və  at yarışı nümayiş etdirilib. Gəncə Dövlət Filarmoniyasının və rayon mədəniyyət evlərinin incəsənət ustalarının ifalarında  musiqi proqramı təqdim olunub.  
 

Chosen
45
32
unikal.az

10Sources