EN

Parlamentin iqlimin müdafiəsindəki səsi eşidilməlidir - Andrey Yatskin

Bakı. Trend:

Parlamentin iqlimin müdafiəsindəki səsi eşidilməlidir.

Trend xəbər verir ki, bunuRusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrininbirinci müavini Andrey Yatskin COP29 çərçivəsində Parlamentlərarasıİttifaq (IPU) və Azərbaycan Milli Məclisi tərəfindən birgə təşkiledilən Parlament görüşündə jurnalistlərə açıqlamasında deyib.

“Rusiya nümayəndə heyəti Federasiya Şurasının rəhbərliyi ilə bumühüm tədbirdə iştirak edir və belə miqyaslı bir tədbirintəşkilində azərbaycanlı dostlarımızı dəstəkləyir. Bu tədbir böyükəhəmiyyət kəsb edir.

Parlamentin iqlimin müdafiəsindəki səsi eşidilməlidir, çünkiparlament xalqın fikrini əks etdirir”, - deyə o qeyd edib.

Andrey Yatskin əlavə edib ki, Rusiya Azərbaycanla birlikdə Xəzərdənizinin mühafizəsi üzrə tədqiqatlar aparır və tədbirlər həyatakeçirir.

“Ümid edirəm ki, bugünkü görüş iqlim dəyişikliyindən müdafiə vəXəzərin qorunması ilə bağlı konkret tədbirlərin hazırlanmasınaimkan yaradacaq”, - deyə o bildirib.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarasıİttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı iləParlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarasıİttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatıSevil Mikayılova iştirak edir.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlimdəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığaçevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialıtədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiştöhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlimmaliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlimdəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyəhərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri iləmübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilətexnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qidatəhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlimdəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələraparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsidə nəzərdə tutulur.

Məqalədə:
Chosen
16
az.trend.az

1Sources