EN

Seçki komissiyasının sədrinə boya atıldı - Anbaan GÖRÜNTÜLƏR

Gürcüstan Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədrinin üzərinə boya atılıb.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, Komissiyasının bu gün keçirilən iclasında gərginlik yaşanıb.

 

Müxalifətdə olan “Vahid Milli Hərəkat” partiyasının liderlərindən olan Davit Kirtadze MSK rəhbəri Giorgi Kalandarişvilinin üzərinə boya atıb. Bundan sonra iclas dayandırılıb.

 

Qeyd edək ki, müxalifət nümayəndələri seçkinin nəticələrinə etiraz etmək üçün Mərkəzi Seçki Komissiyasının binası yaxınlığında toplaşıblar. Əraziyə polis qüvvələri cəlb olunub. 

 

 

Chosen
37
19
modern.az

10Sources