EN

DDLA küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

Bu barədə "Unikal"a Dövlət Dəniz və Liman  Agentliyinin İctimaiyyətlə əlaqələr xidmətindən məlumat verilib. 

Xəbərdarlığa əsasən, bu gün  Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan cənub-şərq,cənub küləyi şimal-qərb, şimal küləyi ilə əvəz olunacaq. Belə ki, gün ərzində küləyin sürətinin  18-23 m/s, arabir 25-30m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün  isə 2.0-3.0m, sonrakı inkişafda 4.0-6.0 m.çatacağı proqnozlaşdırılır.

Chosen
64
50
unikal.az

10Sources