EN

COP29 çərçivəsində "Təminatın hazırlanması: iqlim dəyişikliyinin real təsirini anlamaq" sessiyası başlayıb (FOTO)

Bakı. Trend:

Bakıda COP29 çərçivəsində Azərbaycan Respublikasının MilliMəclisi və Parlamentlərarası İttifaq (IPU) tərəfindən birgə təşkilolunan Parlament görüşünün tərkib hissəsi kimi "Təminatınhazırlanması: iqlim dəyişikliyinin real təsirini anlamaq" sessiyasıbaşlayıb.

Trend xəbər verir ki,tədbirdə Parlamentlərarası İttifaqın Azərbaycandanvitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirakedir.

Bu sessiyada iqlim dəyişikliyi ilə mübarizənin ön cəbhəsindəolan insanlar – gənclər, yerli xalqların nümayəndələri və iqlimdəyişikliklərinə ən həssas icmaların üzvləri çıxış edəcəklər.

Onlar öz təcrübələrini bölüşəcək və qarşılaşdıqları reallıqlarhaqqında danışacaqlar ki, iqlim böhranının həlli üçün kollektivsəylərə ilham versinlər.

Müzakirələr zamanı bəşəriyyətin qarşısında duran aktual iqlimprioritetləri müəyyən ediləcək və Parlament Görüşünün keçirilməsiüçün zəmin hazırlanacaq.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarasıİttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı iləParlament Görüşü öz işinə başlayıb.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlimdəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığaçevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialıtədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiştöhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlimmaliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlimdəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyəhərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri iləmübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilətexnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qidatəhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlimdəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələraparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsidə nəzərdə tutulur.

Xəbər yenilənəcək

COP29
COP29
COP29
COP29
COP29
COP29
Məqalədə:
Chosen
14
4
az.trend.az

10Sources