EN

Nöqsanlara görə işdən çıxarılan direktorun yerinə TƏYİNAT

Ağdaş Dövlət Humanitar Kollecinə direktor təyin edilib.

 

Modern.az-ın məlumatına görə, bu vəzifəyə Mirvari Ağayeva gətirilib.

 

Mirvari Ağayeva 2024-cü ilin iyul ayından isə Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsini müvəqqəti olaraq icra edib. O, çalışdığı dövrdə səmərəli fəaliyyətinə görə Ağdaş Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı tərəfindən “Fəxri Fərman”la təltif edilib.

 

Qeyd edək ki, bu ilin martın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Ağdaş Dövlət Humanitar Kollecində monitorinq keçirib. 

 

Aşkarlanmış nöqsanlar nəticəsində Agentliyin 1 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Chosen
50
2
modern.az

3Sources