EN

COP29-da İqlim Maliyyəsi, Sərmayə və Ticarət üzrə Bakı Təşəbbüsü Dialoquna start verilib (FOTO)

Bakı. Trend:

COP29 Sədrliyinin əsas təşəbbüslərdən biri olan BICFITDialoqunun BMT-nin Ticarət və İnkişaf Təşkilatının (UNCTAD),BMT-nin İnkişaf Proqramının (UNDP), Ümumdünya Ticarət Təşkilatı(WTO) və Beynəlxalq Ticarət Mərkəzi (ITC) ilə əməkdaşlıqdareallaşdırılması nəzərdə tutulur.

Trendxəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (UNFCCC) Tərəflər Konfransının (COP) müvafiqsədrlikləri, müxtəlif beynəlxalq təşkilatlar, çoxtərəfli inkişafbankları və iqlim fondları, vətəndaş cəmiyyəti təşkilatları, qlobalbeyin mərkəzləri və akademik institutlar bu təşəbbüsə öztöhfələrini və dəstəklərini verirlər.

Bu təşəbbüs UNFCCC və Paris İqlim Sazişinə dəstək olaraq irəlisürülüb və qlobal iqlim, inkişaf və ticarət tərəfdaşlarının vədigər maraqlı tərəflərin iştirakı ilə maliyyə, sərmayə, ticarət vədayanıqlı inkişaf arasında əlaqəni artırmaq üçün innovativ,hərtərəfli dialoq və tərəfdaşlıq platforması yaratmaq məqsədinidaşıyır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov tədbiri xüsusilə inkişafetməkdə olan ölkələrə münasibətdə ticarət yönümlü iqlim siyasətinintəşviqi baxımından önəmini vurğulayıb. BICFIT Dialoqunun iqlimmaliyyəsi və ticarət üzrə bacarıqların artırılması istiqamətindəbirgə fəaliyyət və birbaşa xarici investisiyaların cəlbi üçünsəmərəli dialoq olacağı qeyd edilib. Yeni təşəbbüsün qlobal yaşılvə ədalətli keçidi gücləndirmək məqsədi ilə beynəlxalq səylər üçünuğurlu institusional tərəfdaşlığın inkişafına təkan verəcəyidiqqətə çatdırılıb. Kiçik və Orta Müəssisələrin yaşıl keçidi üzrəBakı İqlim Koalisiyası Bəyannaməsinin tərəflərin qoşulması üçünaçıq olduğu elan edilib.

Tədbirdə həmçinin UNCTAD-ın baş katibi Rebeka Qrinspan vəUNDP-nin administratoru Axim Ştayner aparıcı tərəfdaşlar kimiaçılış nitqi ilə çıxış ediblər.

Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişafMərkəzinin baş tədqiqat meneceri Tim Çeston və “Aya Coalition”qurumunun həmtəsisçisi Patrisiya Ellen da Silvanın moderatorluğuilə keçirilən tədbirdə WTO-nun baş direktoru Nqozi Okonyo-İveala,Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru Pamela Kouk-Hamiltonvə Beynəlxalq Maliyyə Korporasiyasının idarəedici direktoru MaxtarDiop çıxış ediblər.

Sessiyada dövlət, özəl sektor, beynəlxalq təşkilatlar, biznesassosiasiyaları, akademik dairələr və maliyyə institutlarınınnümayəndələrinin iştirakı ilə iqlim maliyyəsi, investisiya vəticarət siyasətlərini formalaşdırmaq, iqlim məqsədlərinə nail olmaqüçün beynəlxalq əməkdaşlığı gücləndirmək və iqlim fəaliyyətinidavamlı inkişafla uyğunlaşdıracaq innovativ yanaşmalar müzakirəedilib. Tədbirdə Mərakeşin, Misirin, Birləşmiş Ərəb Əmirliklərinin,Braziliyanın, Avstraliyanın, Dominikan Respublikasının və digərölkələrin nazirləri və digər yüksək vəzifəli nümayəndələri çıxışedərək bu təşəbbüsə dəstək bildiriblər.

Tədbirdə bağlanış nitqi ilə çıxış edən COP29-un baş danışıqçısı,xarici işlər nazirinin müavini Yalçın Rəfiyev müzakirələrinməzmununun və təmsilçiliyin genişliyinin iqlim dəyişikliyininhəllinin inkişaf ölçüsü ilə paralel formada əlaqələndirilmiş,çoxsahəli və çoxtərəfli yanaşma tələb etdiyinin göstəricisiolduğunu bildirib və BICFIT Dialoqunun təqdim etdiyi qlobalinnovativ platformanın əhəmiyyətini vurğulayıb.

BICFIT Dialoqu kompleks yanaşmaların inkişafına dəstək olmaq,bilik mübadiləsinə şərait yaratmaq, iqlim sərmayələrini təşviqetmək və dialoq vasitəsilə həll yollarını birgə müəyyənləşdirməküçün qlobal platforma rolunu oynayacaq. Bu təşəbbüs məlumat vətəcrübə mübadiləsinə, koordinasiyaya və digər tərəfdaşlıqlara imkanverəcək. İqlim fəaliyyəti ilə inkişaf məqsədlərinin daha münasibşəkildə uyğunlaşdırılmasını təmin edən konkret iqlim layihələrinintərtib olunması, strukturlaşdırılması və hazırlanması üzrəproseslərə töhfə verəcək.

Tədbirin sonunda keçmiş, hazırkı və növbəti COP Prezidentləritərəfindən BICFIT Dialoqu üzrə Birgə Bəyannamə qəbul edilib.

COP29-da
COP29-da
COP29-da
COP29-da
COP29-da
COP29-da
COP29-da
COP29-da
COP29-da
COP29-da
COP29-da
COP29-da
Məqalədə:
Chosen
38
11
az.trend.az

10Sources