EN

"İqlim dəyişmələrinin aradan qaldırılmasında maliyyələşdirmə ən vacib məsələdir" - TƏNZİLƏ NARBAYEVA

"Burada olan bütün təşəbbüsləri dəstəkləyirəm". SİA xəbər verir ki, bu sözləri Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva deyib.

O bildirib ki, metan emissiyalarının azaldılmasını, təmiz karbohidrogendən istifadəni olduqca əhəmiyyətli hesab edirəm: "Parlamentlər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidir. Miqrasiya, ərzaq təhlükəsizliyi kimi məsələlər çox önəmlidir. İqlim dəyişmələrinin aradan qaldırılmasında maliyyələşdirmə ən vacib məsələdir".

“Bütün parlamentlər arasında yüksək səviyyədə əlaqələr qurulmalıdır. Dünyada ətraf mühit problemlərinin pisləşdiyi bir vaxtda parlamentin rolu getdikcə artmalıdır. Biz parlamentlər olaraq geniş müzakirələr açmalıyıq. Eyni zamanda, bütün ölkələrin parlamentlərinin arzularını nəzərə almalıyıq”.

Chosen
40
sesqazeti.az

1Sources