EN

Bakıda COP29 çərçivəsində parlamentlərin iqlim dəyişikliklərinə qarşı mübarizədə rolu müzakirə olunur

BMT-nin COP29 İqlim Konfransı çərçivəsində noyabrın 16-da Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü açılıb.

Görüşdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyəti, 330-dək iştirakçı, o cümlədən 12 spiker və vitse-spiker olmaqla, 160-dan çox parlament üzvü iştirak edir.

İkigünlük görüşün gündəliyinə "İqlim dəyişmələrinin real təsirləri", "İqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu", "İqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı", "İqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi", "İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə", "Dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri", "İnsan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi" və digər mövzularda müzakirələr daxildir.

Chosen
3
49
turan.az

10Sources