EN

BMT: “Qəzzada öldürülənlərin 74 faizi uşaq və qadınlardır”

Oktyabrın 7-dən Qəzza zolağı əhalisinin demək olar ki, 80 faizinə bərabər olan təxminən 1,7 milyon fələstinli məcburi köçkün vəziyyətinə düşüb.Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) yaydığı açıqlamada deyilirAçıqlamada 21 noyabr tarixinə kimi köçkün vəziyyətinə düşmüş 1 milyon 37 min fələstinlinin şimal bölgəsi də daxil olmaqla Qəzza zolağı boyunca UNRWA-ya aid 156 obyektə sığındığı bildirilib.Qəzza zolağının mərkəzi hissələrində, cənubda Xan Yunis və Rəfah bölgələrində UNRWA-nın 99 obyektində təxminən 877 min köçkünün qaldığı və İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 14 min 128 nəfərin həlak olduğu xatırladılıb.“Qəzza zolağında 14 min 128-dən çox adam öldürülüb ki, onların 74 faizi uşaq və qadınlardır”, – deyə açıqlamada bildirilib.Gununsesi.info

Chosen
48
gununsesi.info

1Sources