EN

İqlim maliyyələşdirilməsi olmadan yerli xalqlar yox ola bilər - Hindu Umaru İbrahim

Bakı. Trend:

İqlim maliyyələşdirilməsi olmadan yerli xalqlar yox olabilər.

Trend xəbər verir ki, bunuİqlim dəyişmələri üzrə beynəlxalq və yerli xalqlar Forumununhəmsədri, hüquqşünas Hindu Umaru İbrahim COP29 çərçivəsindəAzərbaycan Respublikasının Milli Məclisi və Parlamentlərarasıİttifaq (IPU) tərəfindən birgə təşkil edilən Parlament görüşününtərkib hissəsi olan “Zəminin hazırlanması: iqlim dəyişikliyininreal təsirini anlamaq” sessiyasında bildirib. TədbirdəParlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, MilliMəclisin deputatı Sevil Mikayılova iştirak edir.

“Çadda xalqımızla baş verənlərdən heç kim danışmır. Yerlixalqlar ən çox əziyyət çəkənlərdir, çünki biz təbiətlə birlikdəyaşayırıq və ondan asılıyıq”, - deyə o bildirib.

Hüquqşünas inkişaf etmiş ölkələrin iqlimə vurduqları ziyana görəödəniş etməli olduğunu vurğulayıb. Lakin maliyyələşmə ilə bağlımüzakirələr hələ də davam edir.

“Maliyyələşmə indi lazımdır, bu, insanlıq məsələsidir. Bu,xalqların yaşaması ilə bağlı məsələdir. Bu, nə iqtisadiyyat, nə dəinkişaf etmiş ölkələrin inkişafı ilə bağlıdır. Bu, hamımızınyaşaması məsələsidir. Parlament üzvləri olaraq siz hökumətləriniziməsuliyyətə cəlb edə bilərsiniz. Vəsait ayrılmalıdır ki, mənimxalqım yaşaya bilsin. Əks təqdirdə, sadəcə olaraq, yox olacağıq.Bu, Arktikadan Amazona, Sakit okeanın kiçik inkişaf etməkdə olanadalarından Himalay dağlarına qədər bütün yerli xalqlarınproblemidir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarasıİttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı iləParlament Görüşü öz işinə başlayıb.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlimdəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığaçevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialıtədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiştöhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlimmaliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlimdəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyəhərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri iləmübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilətexnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qidatəhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlimdəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələraparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsidə nəzərdə tutulur.

Məqalədə:
Chosen
48
1
az.trend.az

2Sources