EN

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsinin rasizmi...

Cozep Borrel Avropa İttifaqını dünyanın mərkəzi “bağ” adlandırıb, yerdə qalan digər coğrafiyalara isə “cəngəllik” adını verib...

Azər Qasımov: “Faşistlər kimi özlərini “ali irq” hesab edən bu kimi xarakterlər əslində real Avropa dəyərlərini ayaq altına alan, onun mahiyyətini yanıldan və bu dəyərlərə qarşı ritorikaları ilə cəbhə formalaşdıran tiplərdir”.

“Özlərinə hansısa xüsusi missiya yükləyən ölkə və təşkilatlar, zatən digər ölkələrin ikinci və üçüncü növ insanlardan təşkil olunduğu qənaətini özlərinə yəqin ediblər”.

Bu sözləri politoloq Azər Qasımov Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrelin son bəyanatını Poliqon-a şərh edərkən qeyd.

Xəbər verdiyimiz kimi, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrel Avropa İttifaqını dünyanın mərkəzi “bağ” adlandırıb, yerdə qalan digər coğrafiyalara isə “cəngəllik” adını verib.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin bəyanatlarına cavab olaraq “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Aİ-nin xarici siyasətinə rəhbərlik edən bir şəxsin belə bir fikir irəli sürməsi rasizm deyilmi və bu tip bəyanatlar Avropadakı rasizmi daha da alovlandırmaq məqsədi daşıya bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Avropada rasizm mətnlərinin artığı bir dövrdə Borelin bu bəyanatı gərginliyi daha da artırmaq, millətçi kəsimin daha da aqressivləşməsini təmin edən faktdır”.

Artan Avropada rasizm meyylərinin bir günartdığını qeyd edən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, rasizmin Avropanın başına hansı bəlaları gətirdiyi tarix elə də uzaqda olmayıb:

“Dünyada qütbləşmə meylləri gücləndikcə, görünən odur ki, ilk növbədə bu qütbləşmə özünü ritorikada göstərməyə başlayıb. Özlərinə hansısa xüsusi missiya yükləyən ölkə və təşkilatlar, zatən digər ölkələrin ikinci və üçüncü növ insanlardan təşkil olunduğu qənaətini özlərinə yəqin ediblər. Bununla onlar həmin ölkələrin insanlarına ağıl öyrətməyi, necə yaşamağı diktə etməyə çalışırlar.

Avropa İttifaqı Cozep Borrelin son bəyanatı da bu qəbildəndir. Öz üzərinə xüsusi missiya yükləyən bu təşkilatın rəhbərinin digər çoğrafiyaları “cəngəllik” adlandırması ilk növbədə tərbiyəsizlik, sonra isə rasizmdən çox faşizmdir. Faşistlər kimi özlərini “ali irq” hesab edən bu kimi xarakterlər əslində real Avropa dəyərlərini ayaq altına alan, onun mahiyyətini yanıldan və bu dəyərlərə qarşı ritorikaları ilə cəbhə formalaşdıran tiplərdir.

Avropada rasizm mətnlərinin artığı bir dövrdə Borelin bu bəyanatı gərginliyi daha da artırmaq, millətçi kəsimin daha da aqressivləşməsini təmin edən faktdır. Hesab edirəm ki, rasizm hər zaman faşizmi yaradır və bunun bəlalarını dünya artıq görüb. Borrelin öz bəyanatlarında ehtiyyatlı olması gərəkdir. Artan rasizm meyylərinin bir gün faşizmə çevrilməsi onların da gözləmədiyi bir anda ola bilər ki, faşizmin Avropanın başına hansı bəlaları gətirdiyi tarix elə də uzaqda olmayıb”.

Nərminə UMUDLU
Poliqon.info

Chosen
68
poliqon.info

1Sources