EN

COP29-un Yaşıl Zonasında "Enerji keçidi üçün süni intellektin tətbiqi" adlı tədbir keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) altıncı günündə Yaşıl Zonada "Enerji keçidi üçün süni intellektin tətbiqi" adlı tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, SOCAR prezidenti Rövşən Nəcəfin iştirakı ilə baş tutan tədbirdə enerji keçidi üçün süni intellektin tədbirinin önəmindən və bundan ötrü görülən işlərdən danışıldı.
Tədbirdə, həmçinin SOCAR-ın 2050-ci il üçün "Xalis sıfır" hədəfinin əsas komponenti olan metan emissiyalarının izlənməsi və azaldılması üzrə qabaqcıl həlləri nümayiş etdirildi. BCGX ilə əməkdaşlıqda işlənib hazırlanmış bu həllər emissiyaların dəqiq aşkarlanmasını və idarə olunmasını təmin etmək üçün yer ölçmələri, peyklər və dronlar da daxil olmaqla mürəkkəb texnologiyalardan istifadə edir.
Daha çox foto burada: PhotoStock.Az
Xanım Aydın
Chosen
109
50
oxu.az

10Sources