EN

HƏMAS Trampdan kömək istəyir

HƏMAS rəsmisi İsraillə atəşkəsə hazır olduqlarını açıqlasa da, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı “təcavüzə son qoymaq” üçün İsrailə “təzyiq” etməyə çağırıb.

Turkustan.az xəbər verir ki, HƏMAS Siyasi Bürosunun üzvü Bassem Naim ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın İsraillə münaqişələrdə addımlar atmalı olduğunu vurğulayıb və Trampı “təcavüzə son qoymaq” üçün İsrailə “təzyiq göstərməyə” çağırıb.

Fransa Xəbər Agentliyinə açıqlama verən HƏMAS Siyasi Bürosunun üzvü Bassem Naim, "HƏMAS, atəşkəs təklifinin təqdim edilməsi və İsrail tərəfindən hörmət edilməsi şərti ilə Qəzza zolağında atəşkəs əldə etməyə hazırdır".

HƏMAS və İsrail bu prosesdən əvvəl edilən qısa və uzunmüddətli atəşkəs təkliflərini rədd etdi. Bu rəddin səbəbləri araşdırıldığında HƏMAS-ın uzunmüddətli gələcəyinin və İsrailin Qəzzada varlığının ön plana çıxdığı görülür.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Chosen
32
2
turkustan.az

3Sources