Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın Mərkəzi Seçki Komissiyası seçkilərin son nəticələrini bəyan edib.
Qalib səslərin 53,93 faizini toplamış hakim "Gürcü arzusu" partiyası olub.
Bununla da partiya Gürcüstanın 11-ci çağırış parlamentinə 89 mandat alaraq, əksəriyyət statusunu saxlayıb. Parlamentə ümumilikdə 150 deputat seçilib.
Hürr Tərcüman