EN

Gürcüstan MSK-nın iclasında parlament seçkilərinin nəticələrinin açıqlanması zamanı insident baş verib

Şənbə günü Gürcüstanın Mərkəzi Seçki Komissiyası 26 oktyabr parlament seçkilərinin nəticələrini təsdiq edib.

Açıqlanan məlumatlara görə, hakim "Gürcü arzusu" partiyası 89 deputat mandatı (53,93%) qazanıb. 

4 müxalif qüvvə - "Dəyişikliklər naminə koalisiya" (19 - 11,03%), "Vahid milli hərəkat" (16 - 10,17%), "Güclü Gürcüstan" (14 - 8,81%), "Gürcüstan naminə" (12 - (7,78%) 61 deputat mandatını qazanıb.

Lakin müxalifət seçkilərin nəticələri ilə razılaşmayıb və seçkilər saxtalaşdırıldığına görə parlamentin işində iştirak etməyəcəyini bəyan edib. 

Prezident Salome Zurabişvili, Aİ rəhbərliyi və ABŞ da seçkilərin nəticələrini qəbul etməyib. Bəzi müxalif partiyalar yeni seçkilərin təyin edilməsini tələb ediblər. 

Gürcüstanın baş naziri İrakli Kobaxidze müxalifətin parlament seçkilərində pozuntular haqqında ittihamlarını rədd edib və yeni seçki keçirilməyəcəyini bildirib.

MSK-nın iclasında komissiyanın müxalifətdən olan üzvü David Kirtadze komissiya sədri Georgi Kalandarişvilinin üzərinə boya töküb, bu səbəbdən iclasda fasilə elan edilib. 

İclas bərpa edildikdən sonra Kalandarişvili zala gözündə sarğı ilə qayıdıb və seçkinin nəticələrini açıqlayıb.

İndi 10 gün ərzində yeni çağırış parlamentin ilk iclası keçiriləcək.

Chosen
39
1
turan.az

10Sources