EN

Gürcüstanın hakim partiyası parlament seçkisində qalib gəldi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gürcüstanın hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyası parlament seçkisində 53.93 faiz səslə qalib gəlib və bununla da qanunverici orqanda 150 mandatdan 89-nu qazanıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, yekun nəticələr komissiyanın katibi Georgi Cavaxişvili tərəfindən iclasda səsləndirilib. Mərkəzi Seçki Komissiyasının yekun məlumatları hakim partiyanın qələbəsini təsdiqləyib.
Yekun iclasda Cavaxişvili bütün partiyaların aldığı səslərin faizini açıqlayıb.
Gürcü Arzusu ilə yanaşı, dörd müxalifət partiyası 5%-lik baryeri keçib. Dəyişiklik Koalisiyası 11.03% səs toplayaraq parlamentdə 19 mandat, Birlik Milli Hərəkat Partiyası 10.17% səs toplayaraq 16 parlamentdə mandat, Güclü Gürcüstan Partiyası 8.81% səslə parlamentdə 14 mandat, Gürcüstan üçün Qaxariya Partiyası isə 7.78% səslə 12 mandat əldə edib.
Chosen
46
50
oxu.az

10Sources