EN

Pilotsuz təyyarələr Rusiyanın Kaluqa vilayətinə hücum edib

Noyabrın 16-na keçən gecə pilotsuz təyyarələr Rusiyanın Kaluqa vilayətinin Lyudinovo şəhərinə hücum edib.

Bu barədə Vladislav Şapşa Telegram-da məlumat verib. Rəsmi yazıb ki, PUA şəhərin kənarında partlayıb. Onun sözlərinə görə, yaşayış binalarına və avtomobillərə ziyan dəyib, lakin tələfat olmayıb və “infrastruktur ciddi ziyan görməyib”.

Qeyd edək ki, Kaluqa Neft Məhsulları neft bazası Lyudinovoda yerləşir. Şəhər daha əvvəl də dronların hücumuna məruz qalıb. Rusiya Müdafiə Nazirliyi bir gecədə 34 pilotsuz təyyarənin, o cümlədən biri Kaluqa vilayətində vurulduğunu bildirib.

//Samir Qurbanov, Editor.az

Chosen
44
editor.az

1Sources