EN

BMT-nin humanitar təşkilatlarından XƏBƏRDARLIQ

Sudanda silahlı zorakılığın artması on minlərlə insanı risk altında qoyur və humanitar böhranı dərinləşdirir. 

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bununla bağlı BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) məlumat yayıb.

Məlumata görə, bir aydan az müddətdə 343 mindən çox sudanlı Sudanın paytaxtı Xartumun cənubundakı Gezira əyalətində artan toqquşmalar fonunda evlərini tərk etmək məcburiyyətində qalıblar. Onların əksəriyyəti qonşu Gedaref və Kassala əyalətlərinə qaçıb. 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) xarici əlaqələr üzrə direktoru Dominik Hayd Gezira əyalətində silahlı zorakılığın on minlərlə insanın həyatını riskə atdığı barədə xəbərdarlıq edib:

"Ağılasığmaz iztirablar, amansız vəhşiliklər və geniş yayılmış insan hüquqları pozuntuları ilə bir il yarımdan çox vaxt keçdi. Müharibə və zorakılıq nəticəsində hər gün, hər dəqiqə minlərlə insan məhv olur, bütün dünyanın diqqətindən kənarda qalır. Beynəlxalq humanitar hüquqa əsasən, mülki şəxslər tərk etmələrindən və ya qalmalarından asılı olmayaraq, sağ qalmaq üçün lazım olan dəstəyi ala bilməlidirlər". 

Gülşən Şərif

Chosen
48
bakivaxti.az

1Sources