EN

Qasırğa səbəbindən 255 min insan TƏXLİYƏ EDİLDİ

Filippində təsirli olacağı gözlənilən Man-yi tayfunu səlahiyyətliləri təşvişə salıb. 

News24.az xəbər verir ki, ən geci sabah Bikol bölgəsindəki Catanduanes adasının yaxınlığında quruya çıxması gözlənilən qasırğa səbəbiylə ölkə daxilindəki bütün gəmilər limanda qalmağa və ya sahilə qayıtmağa çağırılıb. 

Daxili İşlər Nazirliyi rəsmisi Marlo İrinqan, Man-yi qasırğasının gətirdiyi güclü külək və yağışların sel və torpaq sürüşməsinə səbəb ola biləcəyini ifadə edərək, tədbir olaraq 255 min insanın evlərindən təxliyə edildiyini açıqlayıb:

"Əgər profilaktik evakuasiya lazımdırsa, bunu edək. Təhlükə anını gözləməyək. Təhlükə anını gözləsək, təkcə özümüzün deyil, həm də digər insanların həyatını təhlükəyə atmış olarıq".

Günel Məlikzadə


Chosen
35
news24.az

1Sources