EN

Paşinyanın pardiyadaşı güllələndi

İrəvanın 17-ci kvartalında qətlə səbəb olan pul məsələsi ilə bağlı dava baş verib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, İrəvan sakini, 42 yaşlı Artur Manukyan hadisə yerində aldığı güllə yarasından ölüb.

Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan Parakar icmasının rəhbəri Lüdviq Gülnazaryan da qətl hadisəsi yerində olub, həm də bu mövzunun iştirakçısı olub. Onun da güllə yarası aldığı bildirilir.

Məlumata görə, qətldə şübhəli bilinən Lüdviq Gülnazaryanın dostu axtarılır.

Daxili İşlər Nazirliyi qətl faktını təsdiqləsə də, digər təfərrüatları açıqlamayıb.

Ermənistan İstintaq Komitəsi bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 155-ci (qəsdən adam öldürmə) və 335-ci (qanunsuz olaraq silah və döyüş sursatı gəzdirmə) maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb. Qətlin iştirakçılarının dairəsi hələ də dəqiqləşdirilir.

Chosen
45
1
modern.az

2Sources