"O cümlədən, dünyanın müxtəlif yerlərində baş verən təbii fəlakətlərlə bağlı təcili birgə səylər göstərərək həmin yerlərə yardımlarını çatdırmağa çalacaqlar. Bəyannamənin digər mövzusu odur ki, kosmik agentliklər ekologiya, iqlim dəyişikliyi ilə bağlı təşkilatlar, vətəndaş cəmiyyətləri ilə işlərini daha da altivləşdirib onların ehtiyaclarını daha dərindən başa düşmək və peyklərlə əldə etdikləri məlumatları son istifadəçiyə daha sərbəst və rahat şəkildə çatdırmağa çalışmalıdır".