EN

“Azərkosmos” iqlim dəyişikliyi ilə bağlı kiçik ada dövlətlərinə dəstək göstərəcək

İqlim mövzuları ilə bağlı Azərbaycan COP çərçivəsində ilk dəfə BMT-yə daxil olan kiçik, inkişaf etməkdə olan ada dövlətlərinə yardımla bağlı təşəbbüs irəli sürüb.

Bunu APA-a açıqlamasında Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) sədri Saməddin Əsədov deyib.

O bildirib ki, bu təşəbbüsün bir hissəsi “Azərkosmos”un həmin ölkələrə dəstəyin göstərilməsi təşkil edir:

“Burada Sakit Okean hövzəsi və Karib hövzəsi üzrə kiçik ada dövlətlərindən söhbət gedir. “Azərkosmos” əldə etdiyi məlumatlarla bu ölkələrdə olan iqlim dəyişikliyinin yaratdığı problemlərlə mübarizə aparan qurumlara çoxsaylı dəstək göstərir. Bu dəstək həmin ölkələrin meşə ərazilərinin, əkin torpaqlarının, sahil xətlərinin monitorinqi, baş verə biləcək sunamilərdən qorunmaq üçün ən düzgün çıxış yollarının araşdırılması, həmçinin, quraqlıq, sel və daşqınlarla bağlı problemlərə hazırlıq üçün qabaqcadan addımlar atılmasından ibarətdir. Bilirik ki, bu ölkələrdə kosmik məlumatların işlənilməsi üzrə bilik və tədbirlər həddən azdır. Ona görə də “Azərkosmos” bu ölkələrə müxtəlif sahələrdə təlimlər keçərək dövlətimizin bu istiqamətdə təşəbbüsünü dəstəkləməyə çalışacaq”.

Chosen
62
2
apa.az

3Sources