EN

Unibank biznes sahibləri üçün UPOS xidmətini pulsuz etdi

Bakı. Trend:

Unibank POS-terminalxidmətinə qoşulmaq istəyən sahibkarlar üçün bütün əməliyyatlarıkomissiyasız edib. Dekabrın 31-dək davam edən kampaniyaçərçivəsində onlaynUPOS xidmətinə qoşulan yeni müştərilər üçün qoşulma, xidməthaqqı və bütün əməliyyatlar 0 % komissiyalı olacaq. Bank biznessahiblərinə çox rahatlıqla- POS-terminal cihazı almadan,xidmət haqqı ödəmədən və onlayn şəkildə qoşulmaq imkanıyaradıb.

Qeyd edək ki, UPOS -ödənişləri mobil telefonvasitəsilə qəbul etmək üçün yaradılan POS-terminal xidmətidir.

UPOS-un əsas üstünlükləri:

  • Əlavə POS-terminal cihazına ehtiyac yoxdur;
  • 7/24 onlayn şəkildə qoşulma imkanı;
  • Asanlıqla daşınabilən mobil cihazlardan istifadəedirsiniz;
  • Xidmət haqqı və aylıq ödəniş tələb olunmur.

UPOS-a qoşulmaq da çox asandır. Xidmətəistənilən vaxt qoşula bilərsiniz. Telefonunuzdakı UBank Biznesmobil əlavəsinə daxil olaraq, “UPOS” bölümündə ümumi məlumatlarıdaxil edib, ödənişləri qəbul edəcəyiniz hesabı seçirsiniz. Elektronmüqaviləni imzaladıqdan sonra sorğu tamamlanır və bankın təsdiqininardınca ödənişləri istər öz mobil cihazınızda, istərsə dəseçiminizə uyğun digər əməkdaşlarınızın mobil cihazlarından qəbuledə biləcəksiniz.

Xidmət haqqında ətraflı bankın saytından (https://unibank.az/az/corporatemenus/585/upos)məlumat almaq olar.

“Unibank”ın digər biznes məhsul və xidmətlərindən filiallarda istifadəetmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”,16 saylı, “Dərnəgül”, “Yasamal”, “Nərimanov”, “Neftçilər”,“Əhmədli”, “Əcəmi” filialları, “Unibank- biznes mərkəzi”, “Sədərək”Biznes Mərkəzi, eləcə də “Unibank”ın bölgə filiallarıxidmətinizdədir. Bankın biznes məhsul və xidmətlərihaqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankınsaytından (https://www.unibank.az/az/corporate/index)əldə etmək olar.

Unibank- Sənin Bankın!

Chosen
46
10
az.trend.az

10Sources