Olaylar.az bildirir ki RSFSR-in əməkdar artisti Svetlana Svetliçnaya 84 yaşında vəfat edib. Bu barədə kinoekspert Vyaçeslav Şmırov məlumat verib.
Qeyd edək ki, Svetlana Svetlichnaya Moksva Dövlət universitetini bitirib və onun ustadı sovet rejissoru və ssenarist Mixail Romm olub. Sənətçi ilk dəfə 1959-cu ildə Mixail Kalikin "Lay-lay" filmində çəkilib. İki il sonra o, Tatyana Lioznovanın "Səmanı fəth edirlər" filmində əsas rolların birini canlandırıb. Daha sonra o, makinaçı Qabi rolunu oynadığı "Baharın on yeddi anı" çoxhissəli hərbi dramında rol alıb.
Svetliçnaya xüsusilə Leonid Qaydayın "Brilliyan əl" komediyasındakı rolu ilə məşhurlaşdı. 1974-cü ildə o, sovet kinosu sahəsindəki xidmətlərinə görə RSFSR-in əməkdar artisti adına layiq görülüb.