EN

Bu ilin doqquz ayında qəzalarda 500-dən çox insan həlak olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2024-cü ilin yanvar-sentyabr aylarında 1031 və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14.4 faiz az yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Bildirilib ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 13.7 faiz azalaraq 1434 nəfər olub. Onlardan 520-si həlak olub, 914-ü isə yaralanıb. Hadisələrin 41 faizi gündüz, 40.6 faizi gecə, 18.4 faizi isə toran vaxtı baş verib, 29.1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 86.5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 16.1 faiz azalaraq 381 nəfər, yaralananların sayı isə 13.3 faiz azalaraq 851 nəfər olub.
Chosen
93
35
oxu.az

10Sources