EN

Beyrut beş gündür bombalanır

Beyrut

İsrail qırıcıları 5 gündür aramsız olaraq Livanın paytaxtı Beyrutu bombalayır.

Reyting.az
xəbər verir ki, cümə günü döyüş təyyarələri ilə Livanın paytaxtı Beyrutu 4 dəfə vuran İsrail ordusu, şənbə günü Dahiyə bölgəsini hədəfə alıb.

“Hizbullah”ın qalası kimi tanınan Haret Hurayk məhəlləsindəki iki bina üçün təcili evakuasiya əmri verilib, bir neçə dəqiqə sonra Beyrut səmasını tüstü bürüyüb.

Yerli media bir çox binaların dağıldığını bildirib.

Bundan başqa, İsrail ordusu Harat Hurayk, eləcə də El Qubeyri və Burj el Baracne məhəllələrində üç bina ilə bağlı xəbərdarlıq edib, insanların bu binalardan ən azı 500 metr aralıda qalmasını istəyib.

Beyrutun davamlı olaraq bombardman edildiyi hücum dalğası bu gün beşinci gününə daxil olub.

V. QULİYEV
Chosen
40
reyting.az

1Sources