EN

Volodimir Zelenski Vladimir Putinlə danışıqlara getməyi mümkün sayır, lakin…

Ukrayna Rusiya ilə danışıqlarda güclü mövqeyə malik olmalıdır, əks halda uduzmuş olacaq.

Bunu noyabrın 16-da Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna radiosuna müsahibəsində deyib. “Bir şərtlə ki, Ukrayna Rusiya Federasiyasına qarşı tək olmasın, güclü olsun. Qatillə hansı danışıqlar ola bilər? Əgər biz sadəcə olaraq Putinlə, sadəcə bir qatillə danışırıqsa, Bəzi vacib elementlərlə güclənmədiyimiz şəraitdə bu, Ukrayna üçün zəif mövqedə olan status deməkdir. Zəif mövqe ilə danışıqlara oturmağın mənası yoxdur”, – Zelenski deyib.

Onun sözlərinə görə, ABŞ-da prezident seçkilərində qalib gələn Donald Trampın Ukrayna müharibəsi ilə bağlı mövqeyi önəmlidir. “Amerikanın Ukraynaya münasibəti önəmlidir: “Mən vasitəçiyəm (müəyyən ölkələri misal çəkmək istəmirəm), ona görə də tərəf seçə bilmirəm”. Amerika Rusiyanın təcavüzkar olmasını təsdiq edən mövqeyini qoruyub saxlamalıdır. O, bizim ərazi bütövlüyümüzü, beynəlxalq hüququ pozub.Bu, danışıqlar üçün olduqca vacib elementdir. Ukrayna istənilən diplomatiya üçün güclü olmalıdır”, – deyə Ukrayna prezidenti bildirib.

//Samir Qurbanov, Editor.az

Chosen
16
editor.az

1Sources