EN

Səudiyyə qəzeti COP29 haqqında silsilə məqalələr dərc edir

Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu “Əş-Şərq Əl-Avsət” qəzetində “Azərbaycanda BMT-nin COP29 iqlim konfransı keçirilir” sərlövhəsi ilə silsilə məqalələr dərc olunur. Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən SİA-ya bildirilib ki, materiallarda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) noyabrın 22-dək davam edəcəyi qeyd olunub.

Qəzet diqqətə çatdırır ki, dünyanın hər yerindən olan diplomatlar hər il keçirilən iqlim sammitində iştirak etmək, iqlim dəyişikliyinin yaratdığı artan təhlükələrin qarşısını almaq yollarını müzakirə etmək üçün paytaxt Bakıya axışırlar. Azərbaycan 1846-cı ildə ilk neft yataqlarının işləndiyi yer kimi tanınır, 1899-cu ildə isə neft hasilatına görə dünyada lider olub. Qeyd olunur ki, Avropa İttifaqı Azərbaycan qazının idxalını 2027-ci ilə qədər iki dəfə artıraraq hər il onu 20 milyard kubmetrə çatdırmaq üçün müqavilə bağlayıb. Azərbaycan rəsmiləri bildiriblər ki, Avropadan gələn tələbat fonunda Bakını daha çox qaz yanacağı istehsal etdiyinə görə tənqid etmək ədalətsizlikdir. Bir neçə gün əvvəl Birləşmiş Millətlər Təşkilatı Bakı sammitində adaptasiya əməliyyatlarının maliyyələşdirilməsini gücləndirmək öhdəliyindən başlayaraq iqlimə uyğunlaşma səylərini təcili aktivləşdirməyə çağırıb.

Məqalələrdə vurğulanıb ki, konfransın qlobal iqlimin istiləşməsinə səbəb olan istixana qazı emissiyalarını azaltması və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı üzrə yeni hədəflərlə yekunlaşacağı gözlənilir.

Chosen
53
42
sia.az

10Sources