EN

Kamal Kişor: "Ölkələrin müxtəlif səviyyələrdə fəlakət riskinin idarə edilməsi üçün imkanları var"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Erkən xəbərdarlıq sistemləri iqlimin ətraf mühitə təsirini proqnozlaşdırmaqla bərabər, itkiləri azaltmaq üçün qabaqlayıcı tədbirlərin görülməsinə də xidmət etməlidir".
Oxu.Az xəbər verir ki, bunu BMT-nin Fəlakət Riskinin Azaldılması İdarəsinin xüsusi nümayəndəsi Kamal Kişor COP29 çərçivəsində keçirilən "Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və Çoxtəhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi" mövzusunda tədbirdə deyib.
O qeyd edib ki, bütün ölkələrin müxtəlif səviyyələrdə fəlakət riskinin idarə edilməsi üçün imkanları var:
"Bu məsələdə uğurlu nəticə üçün bütün səylərimizi səfərbər etməli, erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsinə sərmayə qoymağa davam etməliyik.
Hələ də çox ölkə var ki, orada erkən xəbərdarlıq sistemlərinə sərmayələri yönləndirmək lazımdır. Bu, birdəfəlik həll edilə biləcək məsələ deyil, davamlı olmalı, təkmilləşdirilməlidir.
İqlim dəyişikliyi ilə əlaqədar baş verən hər bir hadisəni ciddi təhlil etməkdən çəkinməməliyik və erkən xəbərdarlıq sistemlərinin necə xidmət etdiyini, onların necə təkmilləşdirilə biləcəyini öyrənməliyik".
Məhərrəm Əliyev
Chosen
19
oxu.az

1Sources