EN

COP29 çərçivəsində qlobal iqlim maliyyələşdirilməsi arxitekturasının müzakirəsinə həsr olunmuş sessiya başladı (FOTO)

Bakı. Trend:

Bakıda COP29 çərçivəsində Azərbaycan Milli Məclisi vəParlamentlərarası İttifaqın (IPU) birgə təşkilatçılığı ilə "Qlobaliqlim maliyyələşdirməsi arxitekturasının müzakirəsi: resurslarınsəfərbər edilməsi və iqlim maliyyəsi vasitələrinə çıxışınsadələşdirilməsi" mövzusunda sessiya işə başlayıb.

Trend xəbər verir ki, sessiyaçərçivəsində iqlim maliyyələşdirməsi həcmlərinin artırılması vəxüsusilə inkişaf etməkdə olan ölkələr üçün bu maliyyə mənbələrinəçıxışın təmin edilməsi üçün parlamentlərin səyləri müzakirəolunacaq.

Müzakirələr zamanı qlobal iqlim maliyyələşdirmə sistemindəkiəsas dəyişikliklər, o cümlədən, zərərin kompensasiyası Fondu vəYeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) kimi COP29-un əsasmövzularından biri nəzərdən keçiriləcək.

Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrinparlamentləri bu mühüm maliyyə mexanizmlərinə dəstək vermək üçünresursların səfərbər edilməsini və düzgün bölgüsünü sürətləndirməkməqsədilə hansı yollarla töhfə verə biləcəklərini müzakirə etməkimkanı əldə edəcəklər.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarasıİttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı iləParlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarasıİttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədriSahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandanvitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirakedirlər.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlimdəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığaçevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialıtədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiştöhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlimmaliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlimdəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyəhərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri iləmübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilətexnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qidatəhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlimdəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələraparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsidə nəzərdə tutulur.

Xəbər yenilənəcək

COP29
COP29
Məqalədə:
Chosen
17
4
az.trend.az

10Sources