EN

Azərbaycan və Çin COP29-da “yaşıl” avtomobillər haqqında razılığa gəliblər

Çindən olan “NIO”, mövzusu elektrik avtomobillərinin gələcəyi olan təqdimatla tədbir təşkil edib. Bu tədbir Bakıda COP29 çərçivəsində baş tutub.

Tədbirdə Azərbaycanın ekologiya və enerji sahəsində təmsilçiləri, eləcə də çinli həmkarları iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov açıb. O, çıxışında stasionar telefonlardan smartfonlara keçidlə müqayisə edərək cəmiyyətin tezliklə tamamilə elektrik avtomobillərinə keçəcəyini qeyd edib.

Çin Xalq Respublikasının ətraf mühit nazirinin müavini Çjao İnmin bildirib ki, Çin elektrik avtomobillərinin geniş miqyaslı istehsalı vasitəsilə iqlim dəyişikliyi ilə fəal mübarizə aparmaq üçün işləyir.

"Çin keçən il 10 milyondan çox elektrik avtomobili istehsal edərək bu sahədə qlobal liderliyi təmin etdi" - Çjao İnmin bildirib.

Tədbirin yekununda Azərbaycan və Çin arasında elektromobillər sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Sənəd Azərbaycanın “GreenCar” şirkəti ilə Çinin “NİO” şirkəti arasında bağlanıb.

Almaz Həsənli

Chosen
48
oxumeni.az

1Sources