EN

COP29 çərçivəsində qlobal iqlim maliyyələşdirilməsi arxitekturasının müzakirəsinə həsr olunmuş sessiya başladı (FOTO)

 

Yaşıl iqtisadiyyat Materials 16 Noyabr 2024 15:56 (UTC +04:00)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakıda COP29 çərçivəsində Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaqın (IPU) birgə təşkilatçılığı ilə "Qlobal iqlim maliyyələşdirməsi arxitekturasının müzakirəsi: resursların səfərbər edilməsi və iqlim maliyyəsi vasitələrinə çıxışın sadələşdirilməsi" mövzusunda sessiya işə başlayıb.

Trend xəbər verir ki, sessiya çərçivəsində iqlim maliyyələşdirməsi həcmlərinin artırılması və xüsusilə inkişaf etməkdə olan ölkələr üçün bu maliyyə mənbələrinə çıxışın təmin edilməsi üçün parlamentlərin səyləri müzakirə olunacaq.

Müzakirələr zamanı qlobal iqlim maliyyələşdirmə sistemindəki əsas dəyişikliklər, o cümlədən, zərərin kompensasiyası Fondu və Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) kimi COP29-un əsas mövzularından biri nəzərdən keçiriləcək.

Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin parlamentləri bu mühüm maliyyə mexanizmlərinə dəstək vermək üçün resursların səfərbər edilməsini və düzgün bölgüsünü sürətləndirmək məqsədilə hansı yollarla töhfə verə biləcəklərini müzakirə etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edirlər.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlim dəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Xəbər yenilənəcək

COP29
COP29
COP29
COP29
COP29
COP29
 
 
 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
6
5
olaylar.az

6Sources