EN

Ruslar ittiham edir - Abxaziyada baş verənlərdə Türkiyənin barmağı varmı?..

Dünən Rusiya ilə bağlanacaq sazişlə bağlı Abxaziyada etirazlar baş verib...

Politoloq: “Açığı məsələ təkcə Türkiyəy ilə məhdudlaşacaq bir məsələ deyil ki, Türkiyə bunu özünə vazkeçilməz bir siyasət hesab etsin”.

“Ermənilərin Abxaziyada ən dominant təbəqə hesab olunduğu nəzərə alınmalıdır. Onlar ən kriminal və bütün biznes strukturlarını öz nəzarətində saxladığı etnik bir qrum kimi qəbul olunur”.

Bu sözləri politoloq Natiq Miri Abxaziyada baş verən üsyanı Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, dünən Rusiya ilə bağlanacaq sazişlə bağlı Abxaziyada etirazlar baş verib və etirazçılar Suximidə çox sayda hökumət binalarını ələ keçiriblər. Tanınmamış respublikanın rəhbəri Aslan Bjaniya isə əvvəl istefa verdiyini açıqlasa da, sonradan istefadan imtina edib.

Maraqlıdır ki, Rusiya mətbuatında Abxaziyada baş verənlərlə bağlı Türkiyəni ittiham edir. Qeyri-rəsmi şəkildə olsa da, bir çoxları etirazların əsas məqsədinin Türkiyənin Rusiyanı Abxazyadan çıxarmaq məqsədi daşıdığını yazırlar.

Bu iddiaları nə qədər haqlı hesab etmək olar və doğrudanmı Abxaziyada baş verənlər Rusiya ilə Türkiyə arasında gedən geosiyasi savaşın nəticəsidir?

Türkiyənin Abxaziyada xalq üsyanı ilə əlaqəsini Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Rusiya rəsmilərinin Abxaziyayla bağlı konkret açıqlamaları da yoxdur. Çünki bu ityihamlar üçün konkret kəşfiyyat məlumatları sübüt və dəlillər olmalıdır”.

Bu gün Abxaziyada nə baş verdiyinin kimsəyə bəlli olmadığını qeyd edən politoloq Poliqon-a bildirib ki, Abxaziya müxtəlif ünsürlərin meydan suladığı bir əraziyə çevrilib:

“Qondarma Abxaziya rejiminin qondarma prezidentinin istefa verməsi, sonradan bundan imtina etməsi həmin şəxsin özünün siyasi iradəsiylə ortaya çıxmayıb. Əmin olun ki, bunu ora gətirən, idarə edən Rusiyanın ciddi tələbi ilə Bjsniya istefasından imtina edib. Çünki bu şəxslər müstəqil deyil, idarə olunur və nəzarətdədirlər. Əks halda, Rusiyanın əleyhinə getdikdə, fiziki cəhətdən bu şəxslər aradan götürülür. Yəni bu baş verənlərdə Rudiyanın nə qədər əli olduğunu hələ bilmirik. Smma onu bilirik ki, Moskva Bjsniyaya istefa verməyi qadağan elədi. Bu baxımdan Abxaziyada baş veənlərlə müxtəlif variantları əlaqələndirmək olar.

Əlbəttə ki, bu hadisələr Rusiyanın xoşuna gələcək hadisələr deyil. Çünki Rusiyanın burda çox ciddi geosiyasi maraqları var və bu maraqlar Qara dəniz ekvatoriyasında yerləşən bütün dövlətləri, güc mərkəzlərinin maraqlarını özündə ehtiva edir. Bir tərəfdən Türkiyə, bir tərəfdə NATO-nun üzvü olan digər dövlətlər, Ruminiya, Bolqarıstan kimi dövlətlər də Rusiyanın Qara dəniz ekvatoriyasında hegemonluğunu qəbul etmək istəmirlər.

O ki qaldı, konkret Türkiyənin hərəkətə keçməsi və prosesi idarə etmə məsələsinə, açığı məsələ təkcə Türkiyəy ilə məhdudlaşacaq bir məsələ deyil ki, Ankara bunu özünə vazkeçilməz bir siyasət hesab etsin.

Ortada bir NATO var və NATO Rusiyanın yeganə hegemon güc olmasını istəmir. Məhz bunun nəticəsidir ki, Ukraynaya ciddi yardım etməklə Rusiya donanmasının xüsusilə də, Sevastopolda hərbi gəmilərin başını belə çıxartmağa imkna vermirlər. Buna görə də Qara dənizdə olan Rusiya donanması Ukrayna raketləri üçün əlçatmaz mövqelərə qədər geri çəklib.

Təbii ki, bu prosesin içində Qara dənizin ən güclü ölkələrindən biri qardaş Türkiyə var. Amma açığı Türkiyənin Abxaziyada belə bir inqilablar üsyan törədə biləcək gücünü indiki vəziyyətdə mümkün saymaq biraz çətindir. Çünki unutmayın ki, Abxaziya sadəcə abxazlardan ibarət bir yurd deyil. Abxaziyada böyük sayda ermənilər yaşıyır ki, Abxaziyanın əksər biznes strukturları bilavasitə ermənilərin əlindədir. Buna görə də, bu məsələdə hələlik birmənalı olaraq Türkiyəni ittiham etmək mümkün deyil. Çünki ermənilərin Türkiyənin sifarişiylə üsyan edə biləcəyi təbii ki, sıfıra bərabərdir.

Natiq Miri: “İnanmıram ki, Türkiyə Rusiyaya yönəlik, Abxaziyada belə üsyan yaratsın”.

Ancaq daha böyük anlamda NATO-nun proseslərə müəyyən mənada müdaxiləsi, yəni Qərb ölkələrinin vasitəsilə belə bir üsyanın törədilməsi mümkünlüyü təbii ki, istisna edilməməlidir. Çünki bildiyimiz kimi, Rusiyanın Qara dənizin Abxaziya hissəsində böyük bir hərbi baza yaratmaq istəyi planları mövcuddur . Əslində əhalinin bu investisiyayla bağlı razılaşmaması və etirazlara qalxması da Rusiyanın gələcək planlarıyla bağlıdır və bu da təbii ki, Rusiyanın gələcək perepektivdə Abxaziyanın bütün strateji obyektlərini özünün inhisarına keçirtməsinə şərait yaradıb. Bu da tamamilə Rusiyadan aslı vəziyyətə salır. Yəni bütün bunlara rəğmən Abxaziya özünü müstəqil elan edib.

Rus pasportları alandan sonra əhaliyə bu gün Abxaziyanın əksər bölgələrində elektrik enerjisi cəmi 4-5-6 saat verilir. Yəni qışın soyuğunda 2008-ci ildən bu yana Abxaziya çox böyük məhdudiyyətlərlə üz-üzədir. Mənə elə gəlir ki bu amili də gözdən qaçırtmaq olmaz. Rusiya ilə birləşmək xəyalı Rusiyanın nəzarətində olmaq Abxaziya əhalisinə nə qazandırdı? Bu çox ciddi bir sualdır. Abxaziya Gürcüstanın tərkibində olanda bütün istilik sistemləri çox normal fəaliyyət göstərirdi və bütöv dövlət olaraq Gürcüstan inkişaf edib. Ancaq bu gün Abxaziyanın nə olduğu kimsəyə bəlli deyil. Abxaziya ünsürlərinin meydan suladığı bir əraziyə çevrilib.

Xüsusilə də, ermənilərin Abxaziyada ən dominant təbəqə hesab olunduğu nəzərə alınmalıdır. Onlar ən kriminal və bütün biznes strukturlarını öz nəzarətində saxladığı etnik bir qrum kimi qəbul olunur. Belə bir kritik vəziyyətdə etiraz və üsyan təkcə Abxaziya rejiminə qarşı deyil, həm Rusiyaya həm də dolayısıyla ermənilərə qarşı bir etriaz üsyanıdır. Buna görə də, bəzi mediaların yazmağına rəğmən düşünmürəm ki, birmənalı olaraq burda Türkiyə barmağı var.

Natiq Miri: “Rusiyada da kifayət qədər antitürk şəbəkələri mövcuddur”.

Ayrıca bir də Rusiya rəsmilərinin Abxaziyayla bağlı konkret açıqlamaları da yoxdur. Çünki bunun üçün konkret kəşfiyyat məlumatları sübüt və dəlillər olmalıdır. Sübut və dəlillər olmadan kimisə ittiham etmək natamamlıqdır. Bu da iki dövlət arasında müəyyən münasibətlərin soyumasına gətirib çıxarda bilər. Bildiyimiz kimi Rusiyada da kifayət qədər antitürk şəbəkələri mövcuddur. Ermənilər başda olmaqla şəbəkələr hətta hakimiyyətin içində yer alan insanlar var ki, hər zaman mövcud düşmənçiliyini özlərində saxlıyırlar və bu insanların mediyaya çıxış imkanları da böyükdür. Buna görə də düşünürəm ki, bu Türkiyə əleyhinə olan ölkələrin bir fikirdir və inanmıram ki, Türkiyə indiki həssas məqamda Rusiyaya yönəlik, Abxaziyada belə üsyan yaratsın.

Bildiyimiz kimi, Türkiyənin özünün həssas məqamları var. Əsas da terrorla bağlı Türkiyəninin məqamları var. Bu gün Suriyanın Şimalında, yəni Türkiyənin cənubunda Türkiyənin özü indiki geosiyasi vəziyyətdən istifadə edərək hərbi əməliyyatlar keçirməklə Türkiyənin nəzarətində olan 30 kilometr dərinlikdə olan əraziləri birləşdirmək fikri var. Bununla da terror dəhlizini birdəfəlik parçalayıb məhv etmək fikri var. Buna görə də, mənə inandırıcı görsənmir ki, Türkiyə Abxaziyada bu cür etiraz dalğası yaratsın”.

Nərminə UMUDLU
Poliqon.info

Chosen
60
poliqon.info

1Sources