EN

“Hizbullah” Hayfa və Akkaya raket atıb - Foto

“Hizbullah”

“Hizbullah” İsrailin şimalındakı Aralıq dənizi sahillərində yerləşən məntəqələrə hücum təşkil edib.

Reyting.az
xəbər verir ki, Aralıq dənizi sahilində yerləşən Nehariye də daxil olmaqla əksər şəhərlərdə sirenlər eşidilib.

“Hizbullah”a aid dronlardan biri Nehariyedə bir binanın eyvanına düşüb. İsrail mediası kamikadze dronun vurduğu binanın yeni tikildiyi üçün boş olduğunu yazıb.

Məlumata görə, səhər saatlarından etibarən İsrailə 20-yə yaxın raket atılıb. “Hizbullah”a yaxınlığı ilə tanınan “Əl Meyadin” televiziyası, “Dəmir Qübbə” hava hücumundan müdafiə sisteminin uğursuz olduğunu iddia edib.

Bildirilir ki, Nehariyədə bina vurulub, Hayfa və Akkadaki İsrail hərbi bazalarına mərmilər düşüb və kamikadze hücumu olub. Yayılan vdeo-görüntüdə də böyük bir raketin atıldığı görünür.



Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin məlumatına görə, bu, İran istehsalı olan orta mənzilli “yer-yer” ballistik raketidir. Raket 800 kiloqrama qədər partlayıcı yük daşıya bilir. İran rəsmiləri maye yanacaqla işləyən raketin 2 min kilometr məsafəyə sahib olduğunu deyir.

İsrailin intensiv hava hücumları nəticəsində demək olar ki, bütün lider kadrlarını itirən “Hizbullah”ın əlində olan raketlərin daha qısamənzilli olduğu təxmin edilir. Eyni zamanda liderlərini itirən “Hizbullah”ın hücumlarını dayandıracağı da görünmür.

V. QULİYEV
Chosen
67
21
reyting.az

10Sources